Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker məşəlin yandırılması mərasimində Ruandanın birinci xanımını az qala oda verib.
Bu barədə “The İndependent” məlumat yayıb.
Kiqalinin (Ruandanın paytaxtı – red.) xatirə mərkəzində keçirilən tədbirdə Yunker əlində yanan məşəllə ehtiyatsız dönərək, Ruandanın birinci xanımı Jannett Kaqamaya çətin anlar yaşadıb.
Təhlükəsizlik əməkdaşı sayıq hərəkət edərək, yanan məşəli birinci xanımdan uzaqlaşdırıb.