Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Avropa İttifaqı İsveçdə Quranın yandırılmasını pisləyib
Avropa İttifaqı İsveçdə Quranın yandırılmasını pislədiyini, lakin eyni zamanda fikir azadlığını da müdafiə etdiyini bildirib.
Bu barədə iyulun 1-də Aİ-nin saytında məlumat verilib.
“Bu akt heç bir halda Avropa İttifaqının fikirlərini əks etdirmir. Qurani-Kərim və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqir, hörmətsizlik və açıq-aşkar təxribatdır. Avropada irqçilik, ksenofobiya və bunlarla bağlı dözümsüzlüyün təzahürünə yer yoxdur” – deyə qeyd olunub.
Bəyanatda belə bir əməlin müsəlmanların Qurban bayramı günündə törədildiyindən daha böyük bir ehtiramsızlıq olduğu bildirilir. Gərginliyin qarşısını almaq üçün Aİ birləşməyi və qarşılıqlı hörmətə gəlməyi təklif edir.
Mənbə: İzvestiya
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Brüsseldən Ermənistanın silahlanmasına maliyyə dəstəyi
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- Aİ əhalisinin 10 faizi evlərinin isidilməsinə görə xərcləri ödəyə bilmir
- Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı
- Aİ Suriyaya qarşı sanksiyaları dayandırdı