“Skripal” işi ilə əlaqədar Avropa İttifaqı Rusiyadakı səfiri Markus Edereri geri çağırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Səfirin keçmiş rusiyalı kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının zəhərlənməsindən sonra yaranmış vəziyyətlə bağlı məşvərət aparmaq məqsədilə Brüsselə geri çağırıldığı bildirilir.
Qərar Avropa İttifaqı liderləri ilə Brüsseldə aparılan danışıqlardan sonra qəbul olunub. Qərarın, yəni səfirin geri çağırılmasının daimi xarakter daşımadığı qeyd olunur.
Xatırladaq ki, martın 22-də Böyük Britaniya hökuməti digər Qərb dövlətlərini Londondan nümunə götürərək, rusiyalı diplomatları ölkədən qovmağa çağırmışdı. Britaniya baş naziri Tereza Mey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı rəsmi ittiham irəli sürmək niyyətindədir.
F.M.
www.oxu.az
Rəylər