Avropa İttifaqı (Aİ) Şurası və Parlamenti 2027-ci ilə qədər Rusiyadan təbii qaz idxalından mərhələli şəkildə imtina edilməsi üzrə reqlamentə dair ilkin razılaşma imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının Mətbuat Xidmətindən məlumat verilib.
"Qayda Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) və boru kəməri qazının idxalına hüquqi cəhətdən məcburi və mərhələli qadağa tətbiq edir", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, bu qayda Aİ-nin Rusiya qazından asılılığına son qoymağa yönəlmiş REPowerEU proqramının vacib elementidir. Məhdudiyyətlər müvafiq olaraq 2026-cı ilin sonunda və 2027-ci ilin payızında qüvvəyə minəcək.