Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edərək Rusiya Federasiyasına dost olan ölkələrdən də daxil olmaqla 80-dən çox fiziki və hüquqi şəxsi "qara siyahı"ya salıb.
Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Sanksiyalar aşağıdakılara qarşı tətbiq edilib:
- "LUKOYL - Qərbi Sibir" şirkəti;
- RF Baş prokuroru Aleksandr Qutsan;
- rusiyalı vəkil və sabiq ombudsman Pavel Astaxov;
- RT ilə əməkdaşlıq edənlər də daxil olmaqla, bəzi jurnalist və blogerlər;
- Simferopol və Krım mitropoliti Tixon;
- Prezidentin Mədəni Təşəbbüslər Fondu;
- "Qazpromneft Şippinq" şirkəti;
- Rusiyanın "Ntechlab" şirkətinin baş müəssisəsi;
- "Rostex"in icraçı direktoru Oleq Yevtuşenko və dövlət korporasiyasının sənaye direktoru;
- "Roskosmos"un S.A.Lavoçkin adına ETB müəssisəsi;
- "Kalaşnikov" konserninin İjevsk aviasiya zavodu və Perspektiv Tədqiqatlar Fondu;
- ERA hərbi innovasiya texnopolisi;
- RF Müdafiə Nazirliyinin 18-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu.