Avropa İttifaqı ümumi tapşırıqların yerinə yetirilməsi üçün Türkiyə prezidenti və yeni Türkiyə hökuməti ilə işləməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Federika Moqerinin və qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanın bəyanatında deyilir.
“Türkiyədə iyunun 24-də keçirilən ümumi və prezident seçkilərində yüksək seçici fəallığı və seçkilərdə iştirak edən namizəd və partiyaların geniş spektrı müşahidə olunub. Bu bir daha Türkiyə xalqının demokratik proseslərə və vətəndaş azadlıqları meyllərinə möhkəm şəkildə sadiq qaldığını təsdiq etdi.”, - deyə bəyanatda qeyd olunur.
F.M.
www.oxu.az