Avropa Komissiyasının sədri Jan-Klod Yunker Cenevrə sammitinə sərxoş vəziyyətdə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, iclasda Yunker özünü qeyri-adekvat aparıb, ayaq üstə güclə durub və hərəkətlərinə nəzarət etməyib.
“Hiss olunurdu ki, Yunker yaxşıca içib. O, ətrafda hər şeylə toqquşurdu və kiçik personalı söhbətə tuturdu. Bu qəribə davranış idi və bundan hamı özünü narahat hiss edirdi”, - jurnalistlərə diplomatlardan biri danışıb.
Beynəlxalq liderlər Kiprdə türklər və yunanlar arasında yaranmış mürəkkəb vəziyyətə son qoymaq üçün toplaşsalar da, əsas müzakirə mövzusu Yunkerin davranışı olub.
Avropa Komissiyasının sədri ilk dəfə deyil ki, spirtli içkilərə meyilli olduğuna dair şübhə yaradır. İki il bundan öncə internetdə onun siyasətçilərin başından öpüb üzlərinə şillə vurduğu video yayılmışdı.
N.О.
www.oxu.az