İyunun 20-də Cenevrədə Böyük Britaniya, Almaniya və Fransanın İranla nüvə silahına dair danışıqların keçirilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
Görüşün xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulub.
Agentliyin mənbəsi bildirib ki, danışıqların məqsədi İranı nüvə proqramının yalnız dinc məqsədlər üçün istifadə olunacağına dair qəti zəmanət verməyə inandırmaqdır.