Avropa Parlamenti (AP) Avropa İttifaqını Britaniyanın qurumdan çıxması üçün Lissabon müqaviləsinin 50-ci maddəsinin dərhal aktivləşdirilməsinə çağırıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə assambleyanın qətnamə layihəsində yazılır.
Brüsseldə Brexit ilə əlaqədar təcili sessiyanın nəticələrinə görə, sənədin AP deputatları tərəfindən təsdiq ediləcəyi gözlənilir.
“AP Böyük Britaniya vətəndaşlarının Aİ-dən çıxması arzusunu nəzərə alır. Xalqın iradəsinə tam olaraq riayət edilməlidir, ölkənin ittifaqdan çıxması üçün Lissabon müqaviləsinin 50-ci maddəsi dərhal aktivləşdirilməlidir”, - AP-nin bütün farksiyasını dəstəklədiyi sənəddə deyilir.
Lissabon müqaviləsinin 50-ci maddəsində Aİ-nin istənilən üzv ölkəsinin birliyin tərkibindən çıxma qərarı qəbul edəcəyi bildirilir. Bu prosedurun başlanması üçün ölkə Brüsseli rəsmi olaraq xəbərdar etməli, daha sonra isə ittifaq ilə gələcək münasibətləri nəzərə alaraq danışıqlar prosesi başlayır.
Böyük Britaniyada iyunun 23-də ölkənin Aİ-də üzvlüyünə dair referendum keçirilib. Rəsmi məlumata görə, AP-dən çıxışa 51,9% britaniyalı səs verib.