Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Parlamenti Rusiyanın aktivləri hesabına Ukraynaya kredit verilməsini təsdiqləyib
Avropa Parlamentinin Ticarət Komitəsi oktyabrın 14-də Aİ-nin Ukraynaya 35 milyard avroya qədər kredit verməsinə səs verib.
Oxu.Az Ukrayna.ru-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Mətbuat Xidməti məlumat yayıb.
35 milyard avro məbləğində kreditin ayrılması Böyük Yeddilik ölkələrinin Ukrayna rəhbərliyinə 50 milyard dollara qədər dəstək təşəbbüsü çərçivəsində Avropa İttifaqının töhfəsi kimi təsdiqlənib.
Bu kreditləşmə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən alınan gəlirlər hesabına həyata keçiriləcək.
"Qərbin Ukraynaya yardımı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər