Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropa Rusiyaya qarşı genişmiqyaslı silahlanmaya hazırlaşır
Avropa İttifaqı ölkələri Rusiyadan gələn ehtimal olunan təhdid səbəbindən siyasi blokun yenidən silahlanması üçün iddialı plan həyata keçirmək fikrindədirlər.
Oxu.Az-ın "Politico"ya istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının müdafiə üzrə "Ağ kitab" layihəsində deyilir.
Sənəd Avropa müdafiə qabiliyyətinin bərpası üçün uzun müddət ərzində bu sahəyə əhəmiyyətli investisiya yatırılmasının zəruriliyini vurğulayır. Eyni zamanda, "Ağ kitab"da Rusiyadan gələn Avropa üçün "ekzistensial təhdid" xüsusilə qeyd edilir.
Bununla əlaqədar, Ukraynada münaqişə başa çatdıqdan sonra Avropa İttifaqı vahid hərbi-sənaye kompleksi (HSK) formalaşdırmaq, müdafiə alışlarını artırmaq, həmçinin Kiyevə yardımı genişləndirmək niyyətindədir.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiya hərbçiləri Kursk vilayətində daha bir yaşayış məntəqəsini azad ediblər
- 30 günlük atəşkəs zamanı Ukraynada hərbi vəziyyət ləğv ediləcəkmi? - Zelenskinin ofisindən AÇIQLAMA
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
- Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"