Avropa Superkuboku uğrunda keçiriləcək “Çelsi” - “Vilyareal” matçının hakimləri məlum olub.
Sports.ru xəbər verir ki, qarşılaşmanı Sergey Karasevin rəhbərliyi altında Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
Yan xətdə ona İqor Demeşko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim isə Belarusdan Aleksey Kulbakov olacaq.
VAR-a alman Marko Frits nəzarət edəcək.
Qeyd edək ki, görüş avqustun 11-də Belfastda baş tutacaq.
Rəylər