Kiyev restoranlarından birində isveçli diplomat – Avropa Şurasının Ukrayna ofisinin rəbhəri Morten Enberq qarət olunub.
Oxu.Az xəbər verir ki, bu haqda “Strana.ua” hüquq mühafizə orqanlarında olan mənbəyə istinadən məlumat yayıb.
İnsident çərşənbə axşamı baş verib. Enberq restoran cibgirlərinin qurbanına çevrilib. Oğrular onun diplomatından 3500 dollara yaxın pul oğurlayıb.
Yerli hüquq mühafizə orqanları cinayətkarların tapılması üçün video müşahidə kameralarındakı qeydləri araşdırır.
F.M.
www.oxu.az