Güclü tozsoranları əldə etmək istəyən Avropa İttifaqı sakinlərinin cəmi 10 gün vaxtı qalıb, sonra isə yeni qaydalar qüvvədə olacaq.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sentyabr ayının 1-dən Aİ şirkətlərinə gücü 1600 Vt-dan yüksən olan tozsoranların idxalı və istehsalı qadağa ediləcək.
Britaniya şirkəti Hoover bəyan edib ki, onun istehsal etdiyi tozsoranların əksəriyyəti yeni tələblərə uyğundur. İstehsalçı iyul ayından istehsal etdiyi modelləri yeniləməyə başlayıb, amma şirkətin daha güclü tozsoranlarını hələ mağazalarda tapmaq olar.
Dyson şirkəti Aİ direktivasının bəzi müddəalarına etiraz edib.
Britaniya istehlakçılarının maraqlarını təqdim edən Which təşkilatı bildirib ki, sərfəli və keyfiyyətli kimi tanınan tozsoranların çoxu Aİ-nın “qadağan” edilmiş kateqoriyasına daxildir.
Yeddi populyar tozsorandan beşi 1600 Vt-dan artıq gücə malikdir.
Avropa İttifaqının yeni qaydaları Aİ-nın enerji istifadəsinin effektiv istifadəsi siyasətinin br hissəsidir.
Aİ yeni qaydalarına əsasən istehsalçılar qablaşdırmanın üzərində qurğunun sərf etdiyi enerji göstərilməlidir.
Sentyabr ayının 1-dən tozsoranlar A-dan G-yə qədər yeddi ballıq şkala ilə qiymətləndiriləcəklər.
Bu zaman onların hamar döşəmələri və xalçaları təmizləyərkən effektivliliyi, eləcə də atılan tozun həcmi nəzərə alınacaq.
Aİ-na müraciət edən Dyson şirkətinin fikrincə yeni qaydaların bəzi müddəaları tozsoranın yığılmış tozla işinin effektivliyini nəzərə almır.
Eləcə də şirkətin məlumatina görə Aİ-da zibilliklərə 126 milyon istifadə edilmiş tozsoran zibil kisələri və filtrləri atılır. Yeni qiymətləndirmə sistemi bu amili də nəzərə almır.
Üç ildən sonra qaydalar bir qədər də sərtləşəcək. 2017-ci ilin sentyabr ayının 1-də tozsoranların gücü 900 Vt-dan artıq olmayacaq.