İspaniya Milli Polisi narkotik alverində ittiham olunan Avropanın ən çox axtarılan qaçaqlarından birini yaxalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Cinayətkar Madriddə ələ keçirilib.
İspaniya Daxili İşlər Nazirliyi həmçinin qeyd edib ki, həmin şəxs 2014-2018-ci illər arasında Belçikada 29 ildən çox həbs cəzasına məhkum edilib.
Rəylər