“İslam dövləti” (İŞİD) Avropada irimiqyaslı terror aktları planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi Avropa İttifaqı polis xidməti (Avropolis) məlumat yayıb.
“Avropa hal-hazırda son 10 ildə ən ciddi terror təhlükəsi ilə üzləşib”, - Təşkilatın saytında Avropolisin bazar ertəsi yaydığı məlumatda deyilir.
Qurumun versiyasına görə, 2015-ci il noyabrın 13-də Parisdə baş verən terror aktları İŞİD-in fəaliyyətinin irəlilədiyini göstərir. Bu fəaliyyət artıq beynəlxalq səviyyədədir və beynəlxalq sahədə xüsusi təyinatlı qüvvələrin üslubunda hücumlarının həyata keçirilməsinə istiqamətlənib.
“Yaraqlıların artan sayı Aİ-yə üzv ölkələr üçün yeni həyəcan yaradır”, - Avropolisdə hesab edirlər.
“Aİ-də gələcəkdə də terror aktları həyata keçirilə bilər. Aİ-də terrora, terror şəbəkələrinə qarşı cavab tədbirlərini gücləndirmək, eləcə də təhlükəyə dair strateji anlayışı təkmilləşdirmək lazımdır”- polis xidməti xəbərdarlıq edir.
E.Ə.
www.oxu.az