Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avstraliya Assanjın ABŞ-a ekstradisiyasına etiraz etməyəcək
Avstraliya Böyük Britaniyanın hüquq sisteminə etibar edir və “WikiLeaks”in təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyasına qarşı çıxmayacaq.
Bu barədə Avstraliyanın maliyyə naziri Saymon Bermingem danışıb.
Onun sözlərinə görə, hökumət Avstraliya vətəndaşlığı olan C.Assanjın ekstradisiyasına etiraz etməyəcək.
Qeyd edək ki, ötən gün London məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb.
Mənbə: TASS
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər