Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avstraliya COVID-19 peyvəndi olmayan əcnəbilərin ölkəyə girişinə icazə verdi
Avstraliya hökuməti iyulun 6-dan etibarən koronavirus infeksiyasına qarşı peyvənd olunmamış əcnəbilərin ölkəyə giriş qadağasını ləğv edəcək.
Bu barədə ölkənin səhiyyə naziri Mark Batler məlumat verib.
Bildirilib ki, yenilik iyulun 6-da saat 12:00-dan qüvvəyə minəcək. Eyni zamanda səyahət edənlərdən bütün aviaşirkət və nəqliyyat operatorlarının tələblərinə, həmçinin Avstraliya ştatlarında və ərazilərində tətbiq olunan məhdudiyyətlərə riayət etmələri istəniləcək.
Bundan əlavə, Avstraliyaya gələn bütün beynəlxalq reyslərdə və ştatın şəhərləri arasında uçuşlar zamanı maska rejimi saxlanılır.
Ümumilikdə pandemiyanın başlanğıcından bəri Avstraliyada 8,2 milyondan çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.
Mənbə: TASS
"Avstraliya" teqi üzrə xəbərlər
- Qanı ilə 2 milyondan çox körpənin həyatını xilas edən Ceyms Harrison VƏFAT ETDİ
- Təyyarədə dəhşət: Avstraliyalı cütlük saatlarla meyitlə uçmaq məcburiyyətində qaldı
- Avstraliya sahillərində 11 il əvvəl itən təyyarənin axtarışlarına başlanılıb
- Tasmaniyada 150-dən çox qara balina sahilə çıxdı: 14-ü TƏLƏF OLDU
- Həyətində 102 zəhərli ilan tapan kişi gözlərinə inanmadı