Oxu.Az xəbər verir ki, Avstraliya hakimiyyəti “kabinədə iki nəfər” qaydasını tətbiq edir, bu barədə “The Sydney Morning Herald” qəzeti bildirib.
Pilotlara uçuş zamanı kabinədə tək qalmağı qadağan ediblər.
Uçuşun yeni normaları barədə bazar ertəsi Avstraliyanın infrastruktur və regional inkişaf naziri Uorren Trass elan edəcək. Qaydalar həm daxili, eləcə də beynəlxalq reyslərə aid olmaq şərti ilə Qantas, Jetstar, Virgin Australia və Tigerair Australia daxil olmaqla bütün aviaşirkətlərə şamil ediləcək.
Germanwings şirkətinin Airbus А320 avialaynerinin martın 24-də qəzaya uğramasından sonra bəzi ölkələr, əsasən də Yeni Zelandiya və Kanada uçuşların təhlükəsizliyindən qayğılanaraq pilotlara kabinədə tək qalmağı qadağan etmək qərarına gəliblər.