Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avstraliyada beynəlxalq aviasiya şousu zamanı təyyarə qəzaya uğrayıb
Avstraliyanın "Avalon" beynəlxalq aviasiya şousu zamanı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Pilot ağır vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, "Pitts Special" təyyarəsi "ilgək" manevrini nümayiş etdirib. 50 yaşlı pilot havada fənd yerinə yetirərkən idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağına çırpılıb.
Pilotun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Məlumata görə, təyyarə tamaşaçılardan uzaqda yerə düşüb və onlardan heç biri xəsarət almayıb.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
- Filippində təyyarə qəzası: Ölənlər var
- ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşib
- Alyaskada gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi
- Rusiyada təyyarə qəzalı eniş etdi: Xəsarət alan var - ANBAAN VİDEO
- Fransada iki təyyarə qəzaya uğradı
Ən çox oxunanlar