Avstraliyada yolsuzluq avtomobili Rusiyanın Sidneydəki baş konsulluğunun darvazasını dağıdıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə diplomatik nümayəndəlik özünün "Telegram" kanalında məlumat verib.
Məlumata görə, hadisə yerli vaxtla saat 8:05-də baş verib.
"Yolsuzluq avtomobilində olan naməlum sürücü polisin baş konsulluğun girişinin qarşısını almaması və maşından düşməsi tələbinə tabe olmayaraq, qəsdən maşınını Rusiyanın xaricdəki konsulluğunun darvazasına çırpıb və dağıdıb", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, Avstraliya hüquq-mühafizə orqanları hadisəni törədən sürücünü zərərsizləşdirib, o həbs olunub.
"O (cinayətkar - red.) həbs edilib və hərəkətlərinin motivləri barədə ifadələr verir", - deyə konsulluqdan bildirilib.
Eyni zamanda, hadisə nəticəsində Rusiya Baş Konsulluğunun əməkdaşlarından heç birinin xəsarət almadığı, hazırda diplomatik nümayəndəliyin adi rejimdə işlədiyi də vurğulanıb.