Sidneyin sakinləri Lindt kafesində girovlar tutulduqdan sonra Twitter-də təsirləndirici #illridewithyou adlı heşteq işə salıblar.
Oxu.Az bu barədə The Australian-a istinadən xəbər verir.
Yüzlərlə sərnişin müsəlmanların həyatlarına görə qorxduqları halda onları evdən işə qədər ötürməyi könüllü təklif ediblər.
İctimaiyyət nümayəndələri heşteqi artıq irqçilik ilə mübarizənin ən yaxşı üsulu adlandırıblar.
Polis komissarı Endryu Stsipiona bəyan edib ki, bütün hüquq mühafizəçilərinin diqqəti Sidneydə bir yerə - Lindt kafesinə cəmlənib. Daha öncə Opera teatrı kimi yerlərdə bombanın quraşdırılmasının mümkün olduğu barədə xəbər verilmişdi.
Eləcə də, terrorçu qadınların hücumları barədə məlumat verilib. Bunun nəticəsində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərdə müsəlman qadınlara qarşı nifrət yaranıb.
Daha öncə isə polisin Sidneydə girovları saxlayan şəxsin kimliyini müəyyənləşdirdiyi məlum olub.