Zalsburqda rəsmi olaraq qeydiyyatdan keçən fahişələr tam qanuni olmasa da, məcburi qaydada ödənişli tibbi baxışdan keçirildiklərinə görə təzminat alacaqlar.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, təzminatın ümumi məbləği ilkin hesablamalara görə, 800 min-dən 1 milyon avroyadək ola bilər.
2010-cu ildən başlayaraq Zalsburqun icra hakimiyyəti yerli fahişələrdən həftəlik icbari tibbi baxışa görə 35 avro alırmış. Yaxın günlərdə isə bu praktika qanunsuz hesab olunub, bu səbəbdən əxlaqsız qadınların verdikləri pulların onlara qaytarılması qərara alınıb.
Zalsburqda təqribən 600 rəsmi qeydiyyatdan keçmiş fahişə fəaliyyət göstərir.