İçərisi adamla dolu olan avtomobil qəfil alovlara bürünüb. Hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.
“LifeShot” müşahidə kamerası ilə çəkilən görüntüləri paylaşıb.
Məlumata görə, yanğın başladığı an maşının qapıları kilidə düşdüyündən gənclər çətin vəziyyətdə qalıblar. Lakin son anda onlar arxa pəncərəni sındıraraq canlarını qurtara biliblər.
Gənclər müxtəlif dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri araşdırılır.