BMT Baş Assambleyasının Üçüncü Komitəsi neonasizmin, milliyyətçilik, irqçilik və ksenofobiyanın qəhrəmanlaşdırılması ilə mübarizə haqqında Rusiyanın təqdim etdiyi qətnaməni qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, BMT-nin üzvü olan 126 ölkə Rusiyanın təqdim etdiyi sənədin lehinə, 4 ölkə: Kanada, Palau, ABŞ və Ukrayna isə əleyhinə səs verib.
Daha 53 ölkə, o cümlədən də Aİ üzvləri səsvermə zamanı bitərəflik nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycan sənədin lehinə səs verib.