Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər
Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək "Nusret-2024" beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.
Oxu.Az bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər yayır.
Sentyabrın 20-dən 29-dək davam edəcək manevrlərdə Türkiyə, Rumıniya, İspaniya, İtaliya və Yunanıstana məxsus gəmilərdən ibarət NATO Daimi Minalara Qarşı Tədbirlər Tapşırıq Qrupu-2, həmçinin Türkiyə, Bolqarıstan və Rumıniya gəmilərindən ibarət Qara Dəniz Minalarına Qarşı Tədbirlər Xidməti qrupu iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, BƏƏ, Braziliya, Bolqarıstan, İndoneziya, Mərakeş, İndoneziya, Fransa, Qabon, Cənubi Koreya, Malta, Malayziya, Peru, Pakistan, Rumıniya, Səudiyyə Ərəbistanı, Oman və İordaniyadan 54 müşahidəçi təlimlərə qatılacaq.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır