Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan pensiyaların ən çox artdığı keçmiş SSRİ respublikası seçilib
Keçmiş SSRİ respublikalarında ən böyük pensiya artımı Azərbaycanda müşahidə edilir.
Bu barədə Rusiya Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, son beş ildə artım 72,6% təşkil edib. Bu arada Ermənistanda pensiyalar 2019-cu ildən 2023-cü ilə qədər 50,36%, Belarusda isə 32,97% artıb.
Mətbuat xidmətinin verdiyi məlumata görə, 2019-2023-cü illər ərzində Azərbaycanda pensiyanın orta məbləği 72,6%, Ermənistanda 50,36%, Belarusda 32,97%, Qazaxıstanda 58,48%, Rusiyada 25,86%, Özbəkistanda - 33,98%, Tacikistanda - 28,83% artıb.
Bildirilib ki, pensiya sisteminin maliyyə vəziyyəti qeyri-sabitdir və dövlətlərin əlaqələndirilmiş işindən asılıdır. MDB ölkələrində əməkhaqqı ilə bağlı vəziyyət birbaşa pensiyalara təsir edir.
"Həmkarlar ittifaqları sosial tərəfdaşlıq çərçivəsində davamlı olaraq əhalinin əməkhaqlarının və gəlirlərinin artırılması problemlərinin həlli ilə bilavasitə bağlı olan mövcud pensiya sistemlərinin təkmilləşdirilməsi və gücləndirilməsinin zəruriliyi ilə bağlı suallar qaldırırlar", - deyə mətbuat xidmətinin verdiyi məlumatda bildirilib.
Mənbə: NEWS.ru