Yeni mövsüm öncəsi heyətini gücləndirən "Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
Oxu.Az-ın məlumatına görə, bölgə təmsilçisi Ömər Buludovla anlaşıb.
"Neftçi"nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı bir il ərzində "qırmızı-ağlar"ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər "Neftçi"nin heyətində yer alıb.
15:56
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" "Qəbələ"nin iki futbolçusu ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, Naxçıvan təmsilçisi ötən mövsüm "Qəbələ"də çıxış etmiş Ülvü İsgəndərov və Urfan Abbasovla anlaşıb.
Hücumçu və müdafiəçi qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, "Qəbələ" klubu 2023/2024 mövsümünü Azərbaycan Premyer Liqasında sonuncu pillədə başa vurub və birinci liqaya düşüb.