38 yaşlı erməni könüllüsü Armen Oqanesyan bu gün xəstəxanada ölüb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, o, aprelin 4-də Dağlıq Qarabağda döyüşlərdə ağır yaralanmışdı.
Qeyd olunur ki, Oqanesyan Azərbaycanın pilotsuz uçan aparatı “Harop”un erməni könüllərinin daşıdığı avtobusa çırpılması nəticəsində xəsarət alıb.
Xatırladaq ki, həmin zərbə zamanı 7 düşmən könüllüsü məhv edilib.