Azərbaycan Ukraynaya humanitar yardım göndərib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz "X" hesabında paylaşım edib.
Yardım Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın "WarmthforUkraine" ("Ukraynaya istilik") təşəbbüsü çərçivəsində regionlara yola salınıb.
"Azərbaycan dövləti və təşkilatları tərəfindən bağışlanan yeni enerjidaşıyıcıları partiyası "Ukraynaya istilik" təşəbbüsü çərçivəsində Ukraynaya göndərilir. Dəstəyi üçün Azərbaycana təşəkkür edirəm. 17 generator, dörd elektrik stansiyası, üç istilik silahı", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycan bir neçə dəfə Ukraynaya humanitar yardım göndərib və sonuncu humanitar yardım yanvarın 27-də həyata keçirilib.