Xorvatiyanın “Tsedevita” lubu üçün meydançaya çıxan Amerikalı basketbolçu Rayan Botrayt, Azərbaycan vətəndaşı olmaq və ölkənin millisini təmsil etməyə dair dəvət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Xorvat KİV-nə istinadən haqqin.az məlumat yayıb.
24 yaşlı idmançıya vətəndaşlıq pasportunu həmçinin Ermənistan və Gürcüstanda təklif edir. Xorvat klubunda oynayan amerikalı basketbolçuya ermənilərin marağının səbəbi isə, Ermənistan millisinə bu yaxınlarda xorvatiyalı mütəxəssis Nikşa Bavçeviçin rəhbərlik etməsidir.
Rayan Boytrayt müxtəlif amerika klublarında oynayıb, amma Milli basketbol assosiasiyasına düşməyə nail olmayıb. “Tsedevita”ya qədər İtaliyanın “Orlandine” və Çinin “Quancou” klublarında oynayıb.
N.О.
www.oxu.az