Rusiyanın Samara vilayətində Jiqulyovsk şəhər məhkəməsi soyğunçuluqda ittiham edilən 38 yaşlı Azərbaycan vətəndaşının cinayət işinə baxıb.
Oxu.Az volga.news-a istinadən məlumat verir ki, üç uşaq atası 2016-cı ilin sentyabr ayında internet vasitəsi ilə Tolyatti və Jiqulyovskdan olan iki qadınla tanış olub. Cinayətkar qadınlarla onların evində görüşüb və spirtli içkiyə xüsusi maddə qatıb. Preparatın təsirindən qadınlar köməksiz vəziyyətə düşüblər, onların yeni tanışı isə evdən qızıl əşyaları, mobil telefonlar və pulları oğurlayıb.
Məhkəmənin qərarı ilə Azərbaycan vətəndaşı altı il müddətinə azadlıqdan məhrum olunub. Qərar hələ qanuni qüvvəyə minməyib.
S.B.
www.oxu.az