Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 96 əcnəbini ölkədən deportasiya edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Kot-d'İvuar, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Son zamanlar Gürcüstanda qanunsuz miqrantlara qarşı ciddi tədbirlər görülür. Ölkə parlamenti miqrasiya qanunlarını sərtləşdirərək, deportasiya və miqrantların yoxlanılması proseslərini daha da sadələşdirib.