Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan XİN İrana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesabında məlumat yayıb.
"İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik", - paylaşımda vurğulanıb.
Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb.
We are deeply saddened by the devastating explosion at Shaheed Rajaee Port in Bandar Abbas, Islamic Republic of Iran.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 27, 2025
We express heartfelt condolences to the families and relatives of those who lost their lives, and to the people and government of Iran. We sincerely hope for…

"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir"
- Azərbaycan XİN: "PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq"
- Rəsmi Bakıdan Pakistan-Hindistan arasında elan edilmiş atəşkəsə REAKSİYA
- Rəsmi Bakı Pakistana qarşı hərbi hücumları pislədi - BƏYANAT
- Səid Xətibzadə: "Azərbaycanın İrandakı səfirliyinə hücum kədərli hadisə idi"