Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycana gəlmək istəyən erməni deputat mandatından imtina edib
Ermənistanın hakim "Vətəndaş Sazişi" partiyasının deputatı olan Vilen Qabrielyanın mandatından imtina etməsi ilə bağlı müraciəti parlamentə daxil olub.
Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
"Vilen Qabrielyanın müraciəti artıq daxil olub", - deyə o təsdiqləyib.
Xatırladaq ki, bir müddət əvvəl deputat V.Qabrielyan sosial şəbəkələrdə etdiyi paylaşımda martın 30-da Gümrüdəki seçki günü baş vermiş qalmaqalla əlaqədar istefa verəcəyini açıqlamışdı. Belə ki, hakim "Vətəndaş Sazişi" partiyasından olan deputat seçki günü içkili vəziyyətdə olub, jurnalistin ona ünvanlandığı suala kobud tərzdə cavab verib.
Qeyd edək ki, V.Qabrielyan Bakıda doğulub. O, tədbirlərdən birində "bozqurd" jestini göstərərək Azərbaycana səfər etmək istədiyini bildirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloqerə qarşı ittihamlar məlum olub
- Erməni generallardan oğurladıqları pulları dövlətə qaytarmaq tələb olunur
- Ermənistan daxili işlər nazirinin səlahiyyətlərini icra edəcək şəxs axtarışındadır
- İrəvana olmayan inam - Şamaxıda İncilə əl basan imansız keşiş
- Dmitri Peskovdan ABŞ ilə bağlı mühüm açıqlama