Avropa Kosmik Agentliyinin astronavtı Toma Peska “Facebook” hesabında Azərbaycan haqqında status paylaşıb.
Oxu.Az Vzglyad.az-a istinadən xəbər verir ki, Peska “Azərbaycanda mükəmməl həndəsi sahələr” başlıqlı foto yerləşdirib.

Foto onun izləyiciləri və digər istifadəçilər arasında böyük marağa səbəb olub.
Qeyd edək ki, Toma Peska hazırda 2016-cı ilin noyabr ayının 17-də start götürmüş “Soyuz MC-03” raketinin göyərtəsindədir.
A.M.