Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə sponsorluğu ilə COVID-19 əleyhinə vaksinlərə ədalətli çıxış haqqında qətnamə qəbul edilib.
Məlumat Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin “Twitter” hesabına dərc edilib.
“Qoşulmama Hərəkatının sədri Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, - Daimi Nümayəndəliyinin paylaşımında qeyd olunur.
Happening now: United Nations General Assembly adopted resolution on equitable access to COVID-19 vaccines, initiated by #Azerbaijan and co-sponsored by 126 countries.
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) December 16, 2021
Azerbaijan, Chair of the Non-Aligned Movement, continues spearheading COVID-19 response. @UN pic.twitter.com/0WAVZzhj8h