Gürcüstanda zəlzələ olub.
Oxu.Az xəbər verir ki, yeraltı təkanların gücü 3,4 bal təşkil edib.
Gürcüstan Seysmoloji Monitorinq Mərkəzinin yaydığı məlumata görə, zəlzələnin episentri Quriya bölgəsinin Çoxotauri rayonunun Axalşeni kəndində olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.