Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunda antiterror əməliyyat rejimi elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Dağıstan Respublikası üzrə Operativ Qərargahın nümayəndəsi məlumat verib.
“Bu gün səhər saat 5:30 radələrindən Məhərrəmkənd rayonunda terrorçular və onlara yardım edənlər axtarılır”, - məlumatda bildirilir.