Azərbaycanlı iş adamı Mübariz Mənsimov boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı Tamara Mənsimova qarşı savaşa başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə KİV-in məlumatına görə, Azərbaycanda sahibi olduğu bir jurnalın rəhbəri Ülviyyə Qasımova adlı xanımla əlaqələrinin ortaya çıxmasından sonra həyat yoldaşı ilə münasibətləri korlanan iş adamına qarşı Tamara boşanma davası açıb və Mənsimovun 6 milyard dollarlıq mal varlığının yarısını tələb edib.
Əri ilə nikahdankənar əlaqələrinə görə isə Ülviyyə Qasımovadan 1 milyon lira dəyərində təzminat tələb edib.
Buna cavab olaraq Mübariz Mənsimovun vəkili iki polisin müşayiəti ilə Tamara Qurbanoğlunun yaşadığı Beşiktaşdakı lüks evə gedib və qarajdakı “Bentley” və “Audi” markalı avtomobilləri alaraq oradan uzaqlaşıblar. Vəziyyəti vəkilinə bildirən Tamara Qurbanoğlu axtarış qərarı, prokurorun əmri və ya məhkəmə qərarı olmadan belə bir davranışın hüquqa zidd olduğunu öyrənib. O, eyni zamanda Mənsimovun vəkili və iki polisin cinayət törətdiklərini iddia edərək onlardan polisə şikayət edib.
Qeyd edək ki, Mübariz Mənsimovun Tamara Qurbanoğludan 3 uşağı (2 qız, bir oğlan) var, Ülviyyə Qasımovadan isə bir oğlu var.