Rusiyanın Berezovka şəhərinin Lids rayonunda yol hərəkəti qaydalarına riayət olunması uğrunda mübarizə aparan naməlum şəxslər avtomobili gecə yolun qadağan olunmuş hissəsində saxlayan sürücünü cəzalandırıblar.
Oxu.Az xəbər verir ki, səhər avtomobilin sahibi istintaq-əməliyyat qrupu ilə yanaşı, həm də yaxşı usta çağırmalı olub: avtomobilin bütün qapıları inşaat köpüyü ilə doldurulubmuş. Bundan başqa, naməlum şəxslər maşının təkərlərini də deşiblər.
Sürücü təkərləri dəyişməklə həmin problemi həll etsə də, maşının qapısını açarkən onun rəng örtüyünü qoparmaq lazım gəlib.
Həmin görüntüləri təqdim edirik.
Elvin Əhmədov
www.oxu.az