Binəqədi rayonunda 27 yaşlı Əbülfəz Məmmədovun törətdiyi cinayətin səbəbi üçün ancaq bu müqayisəni aparmaq olar.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, ötən gün Çiçək qəsəbəsində yaşayan gənc ailə başçısı Əbülfəz həmyaşıdı olan xanımı Güneli döyərək öldürüb.
Səbəb isə Günelin onun qarşısına yeməyi gec qoyması olub.
Axşam masa arxasında oturan Əbülfəzə xanımı yeməyi gec gətirib. Onlar arasında mübahisə düşüb. Əsəbiləşən kişi körpə balasının gözləri qarşısında Güneli amansızcasına döyüb. Huşunu itirən qadın xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ə.Məmmədov hazırda polis nəzarətinə götürülüb.
Binəqədi Rayon Polis İdarəsindən bildirildi ki, Əbülfəz ifadəsində gənc xanımını bir qarın yeməyə görə öldürdüyünü etiraf edib.