Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanlı “qanuni oğru” Qazaxıstanda saxlanıldı
Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan və Azərbaycanda cinayət fəaliyyəti ilə məşğul olan şəxsi saxlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Tengrinews.kz” Qazaxıstan daxili işlər nazirinin rəsmi nümayəndəsi Almas Sadubayevə istinadla məlumat yayıb.
Polisin məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.
O, Şuçinskidə qaldığı hoteldə ələ keçib. Saxlanılan şəxs özünü “qanuni oğru” kimi təqdim edib.
“Onun üzərindən tapança, döyüş qumbarası və narkotik aşkar edilib. O, Qazaxıstana Tbilisidən gəlib. Həmin şəxs qohumları Azərbaycan və Gürcüstanda yaşayan Qazaxıstandakı Azərbaycan diasporunda olan iş adamlarına qarşı dələduzluq etməyi planlaşdırıb”, - Sadubayev deyib.
Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına göndərilib, istintaq aparılır.
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ
- Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür
- "Hraparak": "Azərbaycan Ermənistandan işğal etdiyi daha dörd kəndini tələb edir"
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib