Peterburqun Nevskiy rayonunun polisi Azərbaycan vətəndaşının ölümü faktı ilə bağlı araşdırma aparır.
Oxu.Az “Gazeta-SPB”yə istinadla xəbər verir ki, adı açıqlanmayan 60 yaşlı kişinin meyiti dünən axşam saatlarında Yesenin adına parkda aşkarlanıb. O, Okkervil çayında boğularaq ölüb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.