Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanlı və türkmən Kiyevdə yataqxanaya hücum etdi
Kiyevdə azərbaycanlı gəncin iştirakı ilə törədilən cinayət isti izlərlə açılıb.
Oxu.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, iyulun 28-i, gecə saatlarında Ukraynanın Milli Nəqliyyat Universitetinin tələbəsi polisə müraciət edərək, iki nəfərin onlara hücum etdiyini bildirib.
Zərərçəkmişin sözlərinə görə, onlar Kikvidze 32 ünvanında yerləşən yataqxananın otaqlarından birinə daxil olub, mənzildə qalanları silahla təhdid edərək, noutbuk və planşet götürüblər.
Aparılan axtarışlar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Vasif Rzayev və Türkmənistan vətəndaşı, 1995-ci il təvəllüdlü Yusup Qurbaniyazov saxlanılıb. Onların üzərindən oğurladıqları avadanlıqlar və travmatik tapança aşkar edilərək, maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslərə qarşı “Qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən quldurluq etmə” maddəsi ilə cinayət işi başlanılıb. Günahları sübuta yetirilərsə, onları 12 ilədək həbs cəzası gözləyir.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Mark Rütte: "Ukraynanın NATO-ya daxil olması artıq nəzərdən keçirilmir"
- 30 günlük atəşkəs zamanı Ukraynada hərbi vəziyyət ləğv ediləcəkmi? - Zelenskinin ofisindən AÇIQLAMA
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"