Gürcüstan paytaxtında “Şərq tərəfdaşlığı” üzrə ilk Avropa məktəbinin açılışı olub. Burada Avropa Birliyinə daxil olan altı əməkdaş ölkədən olan məktəblilər təhsil alacaq.
Bununla bağlı Oxu.Az “Sputnik Georgia”ya istinadla məlumat yayıb.
Məktəbin açılış mərasimində Gürcüstanın baş naziri Mamuka Baxtadze və Avropada qonşuluq siyasətinin genişləndirilməsi ilə bağlı komissarı Yohannes Han iştirak edib. Han iki günlük səfərlə Tbilisiyə səfərə gəlib.
“Bu gün ölkəmizdə çox vacib layihə başlayır. “Şərq tərəfdaşlığı” üzrə ilk Avropa məktəbi açılır. Bu, nəinki Gürcüstan, eləcə də, region üçün yenilikdir”, - Baxtadze bildirib.
Baş nazir qeyd edib ki, bu layihə ölkənin demokratik inkişafına və rifahına xidmət edəcək.
“Bu gün məktəb qapılarını 30 şagirdə açacaq. Burada erməni, azərbaycanlı, belarus, molvodalı və ukraynalı şagirdlər təhsil alacaq”, - Baxtadze əlavə edib.
Onun sözlərinə görə, bu layihə akademik təhsildən əlavə, müxtəlif ölkələrdən gələn şagirdlər arasında mədəniyyətlərarası münasibətlərdə böyük rol oynayacaq.