Rusiyanın Obninsk şəhərinin 42 yaşlı sakini ikiotaqlı evində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova vətəndaşlarını yalandan qeydiyyata salıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Obninsk şəhər şöbəsi məlumat verib.
Onun əvvəllər məhkum edildiyi bildirilib.
Sənədlərin saxta olması faktlarla, eləcə də, qonşuların ifadələri ilə sübuta yetirilib. Qadın qeydiyyata saldığı şəxslərdən pul götürmədiyini deyib. Araşdırmalar zamanı evdə 11 əcnəbinin qeydiyyata alındığı məlum olub.
Faktla bağlı araşdırmalar aparılır. Qadının taleyi məhkəmədə həll olunacaq.