Rusiyanın Primorsk vilayətində son zamanlar MDB və Baltika ölkələrinin vətəndaşlarına ərə gedənlərin sayı artıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2014-cü ildə ən çox Özbəkistan vətəndaşları toy ediblər – ümumilikdə 86 nikah bağlanıb.
İkinci yerdə 79 nikahla Tacikistan, sonra isə 70 nikahla Ermənistan, daha sonra 65 nikahla Azərbaycan vətəndaşları gəlir.
Primoryedə 2014-cü ildə nikahların sayı artıb. Yalnız son 11 ayda vilayətdə 16 929 yeni ailə peyda olub.