Ermənistanda azərbaycanlını öldürən və ömürlük həbs cəzası alan erməni azadlığa buraxılır.
Oxu.Az xəbər verir ki, bu barədə “Kavkazski uzel” məlumat yayıb.
Ermənistanın Nazirliklərarası Komissiyası ömürlük həbs cəzası almış Soqomon Koçaryanın cəzasının qalan hissəsini səhhətinə görə çəkə bilmədiyi üçün azadlığa buraxılmasına dair müsbət qərar qəbul edib.
Qarabağ müharibəsi iştirakçısı Soqomon Koçaryan 1995-ci ildə, əslən azərbaycanlı olan İran vətəndaşını öldürdüyü üçün ittiham edilib və edam cəzasına məhkum olunub.
Amma hələ 1991-ci ildə edam cəzasına moratoriy elan edilmişdi, 2003-cü ildə isə yeni Cinayət Məcəlləsi qəbul edildikdən sonra bu cəza ləğv edildi.
Həkimlər Koçaryanda işemiya miokard fonunda 4-cü funksional sinifli ürək çatışmazlığı aşkar ediblər. Avqustun 24-də Ermənistanın Ədliyyə Nazirliyi məhkumu müalicə edən həkimlərdən onun səhhəti ilə əlaqədar sənədləri istəyiblər, bu, onun təcili-şərti azad edilməsi imkanını nəzərdən keçirmək üçün lazım idi.
Qeyd edək ki, Koçaryan Ermənistanda ilk ömürlük məhkum edilmiş və təcili-şərti azadlıq almış ola bilər. İndiyə qədər Ermənistanda ömürlük məhkum edilənlərin içində təcili azad edilən və ya işinə yenidən baxılan heç kim olmayıb.