Bir ay əvvəl gənc oğlan Rusiyadan məcburi şəkildə deportasiya olunmuşdur. Lakin o, öz soyadını dəyişib, yeni pasport alıb və yenidən Rusiya Federasiyasının ərazisinə daxil olub.
Oxu.Az-ın məlumatına görə, RF Regional Miqrasiya İdarəsinin məlumatına görə, martın 15-də Ulyanovsk vilayətinin Zasviyajsk rayonunda satış nöqtələrində yoxlamalar aparılarkən Rusiya ərazisində qanunsuz yaşayan Azərbaycan vətəndaşı ifşa edilib.
Məlum olub ki, bu ilin fevral ayının 12-də vətəndaş Miqrasiya Nəzarəti əməkdaşları tərərfindən RF ərazisindən deportasiya edilib. Ona 2021-ci ilə qədər ölkəyə giriş qadağan olunub.
Səbəb isə, xarici vətəndaşın narkotik maddələrin dövriyyəsinə görə həbsxanada bir müddət keçirməsi olub.
Hal-hazırda azərbaycanlı Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Ulyanovsk vilayəti üzrə təcridxanasına yerləşdirilib. Burada o, ölkədən deportasiya olunanadək gözləyəcək.